Beynəlxalq Muzeylər Şurası
Azərbaycan milli komitəsi

Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyi

Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyi 1967-ci ildә yaradılıb. Muzeyin fəaliyyətinin əsas məqsədi və vəzifələri Azərbaycan musiqi tarixi ilə bağlı materialların toplanması, saxlanması, araşdırması və təbliğidir.Muzeyin fondunda 50 mindәn çox eksponat toplanmışdır.

Bunlardan Azәrbaycan milli musiqi alәtlәri olan tar, kamança, saz, dәf, qoşanağara, zurna, ney, elәcә dә özunәmәxsus xususiyyәtlәri ilә fәrqlәnәn digәr musiqi alәtlәri - әsa-tar, әsa-saz, habelә qramofonlar, patefonlar, qramofon valları nümayiş etdirilir. Azәrbaycan professional musiqi sәnәtinin banisi Üzeyir Hacıbәyovun, milli professional vokal sәnәtinin banisi Bülbülun, gorkәmli bәstәkarlardan Qara Qarayevin, Fikrәt Әmirovun və başqa musiqi xadimlәrinin muәllif not әlyazmaları, şәxsi әşyaları, afişalar, proqramlar, fotoşәkillәr, tәsviri sәnәt nümunәlәri, notlar, kitablar vә s. materiallar da muzey ekspozisiyasında öz layiqli yerini tapmışdır Bütün bunlar Azәrbaycan milli musiqi mәdәniyyәtinin dәyәrli numunәlәridir. Muzeyin həmçinin asağıdakı filialları mövcuddur:

- Xalq calğı alәtlәri daimi sәrgisi

- Niyazinin mənzil-muzeyi

- Vaqif Mustafazadәnin mənzil-muzeyi

- Qara Qarayevin mənzil-muzeyi

Muzeyin nәzdindә 15 musiqiçini özundә birlәşdirәn “Qәdim Musiqi Alәtlәri Ansamblı” fәaliyyәt gostәrir.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 1967-ci ildən 1996-cı ilə qədər İçərişəhərdə, Karvansarayda, Həqiqət Rzayeva küç., 9, 1996-cı ildən 2015-ci ilə qədər Rəşid Behbudov küç., 7 ünvanında fəaliyyət göstərmişdir.

2015-ci ildə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Muzey Mərkəzinə, Neftçilər prospekti, 49 ünvanına köçmüşdür. Hal-hazırda yeni ekspozisiyanın qurulması üzərində işlər aparılır.

Beynəlxalq tədbİrlər
ICOM Kyoto 2019
20/02/2018
On Wednesday, 3 June, 2015, Kyoto was selected as the host city for the 2019 edition of the General Conference, during which some 3,000 part...
Ətraflı
Tədbİrlər
DECORATIVE ARTS AND INTERIORS ICDAD / DEMHIST JOINT CONFERENCE
09/10/2018
10-12 oktyabr 2018-ci il tarixlərində Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, di...
Ətraflı
ICOM AZƏRBAYCAN
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi
26/01/2019
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi. İclasda 18 ma...
Ətraflı
TƏDBİRLƏR
18 may Beynəlxalq Muzeylər Günü
15/05/2019
  Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tar...
Ətraflı
ICOM AZƏRBAYCAN
“Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Mİllİ Komİtəsİ” İctimaİ Bİrlİyİnİn yenİ sədrİ seçİlİb
06/04/2024
Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində “Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi” İctimai Birliyinin növ...
Ətraflı